Azərbaycanda cəmi 2 rayonda yeni iş yeri açılmayıb

 09-09-2024

Bu ilin ilk yarısında Azərbaycanda 45 min 409 yeni iş yeri açılıb.

Ölkə.az Yeniavaz.com-a istinadən xəbər verir ki, yeni iş yerlərinin 79,4%-i və ya 36 min 58-i paytaxt Bakının payına düşüb.

Qeyd edək ki, bu ilin ilk yarısında cəmi 2 rayonda – Culfa və Ordubad rayonlarında yeni iş yeri açılmayıb. Şahbuz rayonunda isə 1 yeni iş yeri açılıb.

Onu da bildirək ki, Bakıdan sonra ən çox yeni iş yerinin açıldığı 5 şəhər və rayon aşağıdakılar olub:

Abşeron rayonu – 1 163
Sumqayıt şəhəri – 974
Gəncə şəhəri – 674
Naxçıvan şəhəri – 660
Şirvan şəhəri – 553
 

Bənzər yazılar

0.4467990398407