Türkiyədən Rusiyaya gələn təyyarə ilə bağlı dəhşətli kadrlar yayıldı

 08-09-2024

Sərnişin təyyarəsinin pilotları Qroznıda (Çeçenistan, Rusiya) tikilməkdə olan uçuş-enmə zolağına eniş etmək istəyiblər.

"Ölkə.az" xəbər verir ki, müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb.

Təyyarə həmin vaxt sahədə işləyən üç ekskavator və bir minik avtomobili ilə toqquşmaq təhlükəsi ilə üzləşib. O ikinci cəhddən sonra düzgün zolağa enməyi bacarıb.

Hava gəmisinin Türkiyədən gəldiyi və "Utair" şirkətinə məxsus olduğu bildirilib.

Lakin sonradan şirkət məlumatı təkzib edib. Bildirilib ki, bu, iyunun 24-də baş vermiş hadisədir və həmin vaxt pilotlar güclü küləyə görə manevr ediblər.

Bənzər yazılar

0.098458051681519