Sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suad Malekiyə (Qarayeva) məxsus olan və Rusiyada fəaliyyət göstərən “QALS” şirkəti son bir il ərzində 7,1 milyon rubl (79 min dollar) gəlir əldə edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı Rusiya Vergilər xidməti açıqlayıb.
Məlumatda bildirilir ki, Suad Malekinin yeganə təsisçisi olduğu “QALS” şirkətinin gəlirləri əvvəlki illə müqayisədə 2,9 milyon rubl və ya 29% azalıb.
Qeyd edək ki, “QALS” şirkəti 5 iyul 2013-cü ildə Moskva şəhəri, Tatarskaya küçəsi 7 ünvanında dövlət qeydiyyatına alınıb. Şirkət daşınmaz əmlakın alqı-satqısı ilə məşğuldur.
Mətbuatda yayılan məlumatda bidirilir ki, “QALS” sabiq nazirin özünün və ailə üzvlərinin adının baş hərflərindən (Qarayev, Abülfəz, Lalə (həyat yoldaşı) və Suad (qızı)) ibarətdir.
Onu da qeyd edək ki, sabiq mədəniyyət naziri Əbülfəs Qarayev də Rusiya paytaxtında biznes fəaliyyəti ilə məşğul olur. Əbülfəs Qarayev ötən ilin may ayında Rusiyada “Korporaçiya ÇE” (ООО “Корпорация ЧE” - ИНН: 7725322819) adlı şirkətin 50%-lik payını satın alaraq 2 təsisçidən biri olub. Şirkətin fəaliyyət sahəsinə balıq, xərçəngkimilər və molyusklar da daxil olmaqla digər ərzaq məhsullarının topdan satışı daxildir. “QALS” şirkətindən fərqli olaraq “Korporaçiya ÇE” şirkətinin gəlirləri son bir ildə 192 dəfə artaraq 106,5 milyon rubl (1,2 milyon dollar) olub.
Elnur Əli