Emin Ağalarov Bakıda daha 19 yaşayış binası tikəcək

 21-08-2024

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi “Nardaran İnvest” MMC-yə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “Sea Breeze” istirahət zonasının ərazisində yaşayış binalarının tikintisinə icazə verib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, “Nardaran İnvest” MMC tərəfindən ümumilikdə 21 ədəd yaşayış binası inşa edəcək:

Hər birində 54 mənzil olan 6 ədəd 5 mərtəbəli (+zirzəmi) yaşayış binaları;
Hər birində 66 mənzil olan 4 ədəd 6 mərtəbəli (+zirzəmi) yaşayış binaları;
Hər birində 78 mənzil olan 4 ədəd 7 mərtəbəli (+zirzəmi) yaşayış binaları.

Bunlardan başqa “Nardaran İnvest” MMC 2 ədəd 5, 3 ədəd 6 mərtəbəli yaşayış binası tikəcək ki, bu binalarda mənzillərin ümumi sayı 239 olacaq.

Məlumat üçün bildirək ki, daha əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Nardaran İnvest” MMC-yə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimal hissəsində yerləşən  “Sea Breeze” istirahət zonasının ərazisində çoxsaylı yaşayış binalarının tikintisinə icazə verib.

Qeyd edək ki, “Sea Breeze” yaşayış və istirahət kompleksi Xalq artisti Emin Ağalarova məxsusdur. Bu kompleksə villalar, mənzillər, otellər, həmçinin istirahət və əyləncə obyektləri daxildir.

Elnur Əli

Bənzər yazılar

0.10160207748413