Məlum olduğu kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi keçmiş məcburi köçkünlər üçün tikilən və hazırda istifadəsiz qalan mənzillərin satışını həyata keçirir.
Yeniavaz.com xəbər verir ki, Azərbaycan Prezidentinin 2022-ci il 11 aprel tarixli Fərmanı ilə təsdiq edilən Qaydaya əsasən mənzillərin satışını təşkil etmək məqsədilə elektron portal da hazırlanıb.
Hazırda həmin portalda Abşeron və Samux rayonlarında, həmçinin Ramana, Ümid və Kürdəxanı qəsəbələrində inşa edilən binalardakı mənzillər satışa çıxarılıb.
Nümunə üçün satışa çıxarılan mənzillərdən bəzilərini təqdim edirik:
Ümid qəsəbəsində 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 83,5 kv. metr olan mənzilin qiyməti 58 450 manat (1 kv. metr – 700 manat) təşkil edir.
Ramana qəsəbəsində 9 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 69,2 kv. metr olan mənzilin qiyməti 57 436 manat (1 kv. metr – 830 manat) təşkil edir.
Ramana qəsəbəsində 9 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşən 4 otaqlı, ümumi sahəsi 100,7 kv. metr olan mənzilin qiyməti 85 595 manat (1 kv. metr – 850 manat) təşkil edir.