Danimarka İsveçlə sərhəddə nəzarəti gücləndirəcək

 10-08-2024

Danimarka hökuməti İsveçlə sərhəddə, xüsusən də iki ölkəni birləşdirən Öresund körpüsündə nəzarəti gücləndirir.

“Report.az” xəbər verir ki, bu barədə “TV2” telekanalı Danimarkanın ədliyyə naziri Peter Hummelqorda istinadən məlumat yayıb.

“Vəziyyət ciddidir”, - nazir görülən tədbirlərin səbəbi barədə danışarkən deyib.

Bu gündən körpüdən keçən qatarlarda sərnişinlər nəzarətdən keçəcək, həmçinin sərhəddə üztanıma kameraları ilə analitik iş gücləndiriləcək.

Hummelqordun bəyanatı keçən həftə Danimarkada baş verən atışma ilə əlaqədar üç isveçli yeniyetməyə mütəşəkkil cinayətkarlıqla bağlı olduqlarına görə ittiham irəli sürüldüyü bir vaxta təsadüf edir. İsveçdə mütəşəkkil cinayətkar qruplaşmalarla bağlı atışmalar və partlayışlar mütamadi olaraq baş verir. Avropa İttifaqında adambaşına düşən küçə cinayətlərinin ən yüksək səviyyəsi də İsveçdədir.

 

Bənzər yazılar

0.062540054321289