Ölümə tərk edilən rus əsgəri: "Bizi bura ət kimi göndərirlər..." - VİDEO

 27-03-2022
“Rus işğalçı ağır yaralandıqdan sonra komandirlərin onu Luqansk vilayətində Rubijne yaxınlığındakı döyüş meydanında necə ölümə tərk etdiklərindən danışıb”.
 
MillətinSəsi.info xəbər verir ki, rus hərbçinin kadrlarını Ukrayna Təhlükəsizlik Xidməti yayıb. O hadisəni belə təsvir edib:
 
“Böyük atışma oldu... Mən və yoldaşlarım geri çəkilməyə başladıq, çünki daha dözə bilməyəcəyimizi gördük... Onlar da geri çəkilməyə başladılar və təxminən 50 metrdən sonra arxamdan yaralandım. Yıxıldım, uzandım, hər şeyi görürdüm, amma yerindən tərpənə bilmədim”.
 
Hərbçinin sözlərinə görə, komandir və çavuş onun yanına gələrək, patronları olan sursat çantasını götürüb gediblər:
 
"Onlara dedim ki, "kömək edin”. Susurdular. Dedim ki, "heç olmasa mənə iynə vur, ağrı şiddətlidir". Onlar qaçdılar, heç bir kömək etmədilər. Bizi bura ət kimi göndərirlər ki, yaşayış şəhərlərini bombalasınlar və bizim burada artıq çoxlu itkilərimiz var, burada faşist yoxdur".
 
Qeyd olunur ki, 4-5 saatdan sonra ukraynalı müdafiəçilər hərbçini tapıblar.
 
 

Bənzər yazılar

0.21475005149841