Nohur gölündə suyun səviyyəsi yenə artdı - VİDEO

 01-07-2024

İntensiv yağışlar səbəbindən Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisindəki Nohur gölündə suyun səviyyəsi artıb və ətraf ərazilər üçün təhlükəli vəziyyət yaranıb.

“Ölkə.az” xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar əraziyə FHN-in Şimal-qərb Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda Mərkəzin qüvvələri tərəfindən gölün daşmasının qarşısını almaq məqsədi ilə suyun səviyyəsinin endirilməsi və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.

Bənzər yazılar

0.21865701675415