İngiltərə şirkəti Azərbaycanın Mədəniyyət Nazirliyini məhkəməyə verib

 25-06-2024

İngiltərə şirkəti Azərbaycanın Mədəniyyət Nazirliyini məhkəməyə verib.

İqtisadiyyat.az xəbər verir ki, “Novator HRC” Məhdud Məsuliyyətli Cəmiyyəti nazirliyə qarşı məhkəmədə iddia qaldırıb.

İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrlə (alqı-satqı müqaviləsi üzrə mübahisələr) bağlıdır.

İddia Bakı Kommersiya Məhkəməsində hakim Günay Həşimovanın sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki,  “Novator HRC” mərkəzi ofisi Londonda yerləşən və dünyanın 18 ölkəsində fəaliyyət göstərən “NOWP Group”un bir qoludur. Şirkət kimyəvi yuyucu vasitələr, dezinfeksiyaedici (tibbi müəssisələrdə) vasitələr, təmizlik avadanlıqları, təmizlik maşınları, gigiyenik kağız və digər təmizlik məhsullarının təchizatını həyata keçirir. “Novator HRC” təmizləmə və gigiyena məhsulları sahəsində müştərilərinin istehlak ehtiyaclarını qarşılayır.

Bənzər yazılar

0.95529222488403