Səfir Vilalyət Quliyev Bakıdakı bahalıqdan ŞİKAYƏTLƏNİB – “10 manata iki fincan çay içmək olur”

 31-08-2022

Azərbaycanın Polşadakı səfiri, keçmiş xarici işlər naziri Vilalyət Quliyev Bakıdakı bahalıqdan şikayətlənib.

“AzPolitika.info” xəbər verir ki, səfir “Feysbuk” səhifəsində yazdığı statusda Varaşava və Azərbaycan paytaxtındakı mövcud qiymətlər arasında müqayisə aparıb: “…Marks deyirdi ki, insanlar yüksək materiya ilə məşğul olmazdan əvvəl yeməli, içməli və geyinməlidirlər.

Varşavanın mərkəzində beş seçimdən birini edib 10 manata (25 zlotı, yaxud 6 dollar) belə müxtəlif çeşidli səhər yeməyi sifariş vermək mümkündür. Üstəlik kofe, yaxud çay da bu hesaba daxildir.

Bakının mərkəzində isə 10 manata yalnız iki fincan çay içmək olar. Düzdür, yanında bir mikroskopik ölçülü qurabiyə də verirlər. Sonra da şikayətlənirik ki, ölkəmizə turistlər az gəlir…”

Bənzər yazılar

0.21466994285583