Fərid Əhmədov daha bir yüksəkvəzifəli şəxsi İŞDƏN ÇIXARDI

 13-06-2024

Ədliyyə Nazirliyi Penitensiar xidmətində növbəti kadr dəyişikliyi olub.

"Unikal"ın məlumatına görə, Penitensiar Xidmətin rəisi, ədliyyə general-mayoru Mirsaleh Seyidovun təqdimatı əsasında ədliyyə naziri Fərid Əhmədov Penitensiar Xidmətin Umbakı penitensiar kompleksinin rəisi, ədliyyə polkovniki Tahir Yusubovu yaş həddi ilə əlaqədar təqaüdə göndərib.

Nazirin digər əmri ilə, həmin müəssisədə əməliyyat-rejim işləri üzrə müavin vəzifəsində işləyən Rauf Məmmədov Umbakı penitensiar kompleksinə rəis təyin olunub.

Bənzər yazılar

0.055998086929321