Vətən Müharibəsindən sonra Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingentinin ölkəmizin ərazisindən çıxarılması prosesi iyunun 12-də başa çatıb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sülhməramlı kontingentin şəxsi heyəti, silah və texnikası Azərbaycan ərazisini tam tərk edib.
Bundan başqa, Xocalı aeroportunda Azərbaycanın üçrəngli Dövlət Bayrağı qaldırılıb.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı videoda bayrağın qaldırılması ilə bağlı görüntülər əksini tapıb.
Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, Vətən Müharibəsindən sonra Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingentinin ölkəmizin ərazisindən çıxarılması prosesi iyunun 12-də başa çatıb.