Cəsarət Valehova vəzifə verildi

 30-05-2024

Mədəniyyət Nazirliyində yeni təyinat olub.

APA.az xəbər verir ki, nazir Adil Kərimlinin müvafiq əmri ilə Cəsarət Valehov mədəniyyət nazirinin müşaviri təyin edilib.

Qeyd edək ki, o, İTV-nin Elm və Təhsil departamentinin direktoru, Elm və Təhsil Nazirliyində şöbə müdirinin müavini və İctimaiyyətlə əlaqələr sektorunun müdiri kimi fəaliyyət göstərib.

Xatırladaq ki, C.Valehov Bakı Dövlət Universitetinin "Hüquqşünaslıq" fakültəsində bakalavr dərəcəsi üzrə, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Siyasi idarəetmə" fakültəsində isə magistratura elmi dərəcəsi üzrə təhsil alıb. ABŞ-nin Corc Vaşinqton Universitetinin Fulbrayt proqramı məzunudur.

Fəlsəfə doktoru, dosent, əməkdar jurnalistdir.

Bənzər yazılar

0.055854797363281