Fransa və Almaniya rusiyalılar üçün şengen qadağasına qarşı çıxır

 28-08-2022

Fransa və Almaniya Aİ xarici işlər nazirlərinin Praqada keçiriləcək iclasında Rusiya vətəndaşlarına Şengen vizalarının verilməsi qadağasına qarşı çıxacaqlar.

Bu barədə “Bloomberg” avqustun 27-də tədbirə aid yayımlanan sənədin mətninə istinadən xəbər verib.

“Biz demokratik sistemlərdə, xüsusən də gələcək nəsillər üçün şəxsi həyat təcrübəsinin dəyişdirici gücünü düzgün qiymətləndirməliyik”, - deyə sənəddə bildirilir.

Qeyd olunur ki, Berlin və Paris bəzi dövlətlərin bu məsələdə narahatlığını başa düşür, lakin hesab edirlər ki, Aİ hökumətlə əlaqəsi olmayan insanlara - tələbələrə, sənətçilərə, alim və mütəxəssislərə viza verməlidir.

Bənzər yazılar

0.97509098052979