“Azza” Qapalı Səhmdar Cəmiyyətinin keçmiş işçisi şirkət barəsində məhkəmə iddiası qaldırıb.
Valyuta.az xəbər verir ki, Kərimzadə Nihad Elman oğlunun iddia tələbi əmək haqqının ödənilməsi ilə bağlıdır.
Onun iddiasına Nəsimi Rayon Məhkəməsində baxılacaq.
Əfsanə Heydərova iş üzrə hakim təyin edilib.