Dövlət İmtahan Mərkəzi bu gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirəcək.
Mərkəzdən verilən məlumata görə, imtahanlar 30 şəhər və rayonunda təşkil olunacaq.
İmtahanlar saat 11:00-da başlayacaq. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq.
Xatırladaq ki, bu gün və sabah imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 216 imtahan binası, 3 620 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 216 ümumi imtahan rəhbəri, 586 imtahan rəhbəri, 4 506 nəzarətçi-müəllim, 442 buraxılışı rejimi əməkdaşı (mühafizə), 216 bina nümayəndəsi ayrılıb.
Bu gün keçiriləcək imtahanlarda 22 902 şagirdin iştirakı nəzərdə tutulur.