Türk ölkəsi Rusiyadakı vətəndaşlarına xəbərdarlıq etdi

 02-04-2024

Qazaxıstan vətəndaşları Rusiyada olduqları müddətdə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tələb olunan bütün lazımi sənədləri özləri ilə götürməlidirlər.

Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan XİN-in rəsmi nümayəndəsi Aybek Smadiarova bildirib.

“Yaxşı olar ki, vətəndaşlarımızın bu və ya digər ölkədə olma məqsədini təsdiq edən sənədlər yanlarında olsun”, - Smadiarova bildirib.

Onun sözlərinə görə, ərazisində irimiqyaslı terror aktı baş verən istənilən dövlət öz təhlükəsizliyini təmin etmək üçün avtomatik tədbirlər görür.

“Kiminsə saxlanılıb yoxlanılması xəbəri normadır”, - XİN nümayəndəsi bildirib.

Bənzər yazılar

0.20225691795349