Belarus prezidenti Aleksandr Lukaşenkonun cangüdəni öldü - Zəhərləyiblər?

 01-04-2024

Yanvarda Rusiyanın Sankt-Peterburq şəhərinə səfəri zamanı zəhərləndiyi ehtimal edilən Belarus prezidenti Aleksandr Lukaşenkonun təhlükəsizlik əməkdaşı ölüb.

Publika.az  xəbər verir ki, bu məlumatı Belarus liderinin ətrafındakı iki mənbə təsdiqləyib. "Kremlevskaya tabakerka" teleqram kanallarının məlumatına görə, Lukaşenkonun Sankt-Peterburqa səfəri zamanı onun mühafizəçilərindən biri xəstələnib və təcili olaraq Minskə göndərilib. Belarus paytaxtında mühafizəçiyə ağır metaldan - talliumdan zəhərlənmə diaqnozu qoyulduğu iddia edilir.

"Belarus bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Lukaşenkonun özünün reaksiyası hələ ki, məlum deyil", - telekanal vurğulayır.

 

Bənzər yazılar

0.23889708518982