“Tıxacın həlli piyada hərəkətinə üstünlük verməkdədir”

 11-03-2024

Son 20 ildə Azərbaycanda yol infrastrukturu sahəsində xeyli iş görülsə də, hələ də problemlər qalmaqdadır.

Ölkə.Az xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentdə “Nəqliyyatın idarə edilməsində yeniliklər və çağırışlar” mövzusunda keçirilən ictimai dinləmədə deyib.

Komitə sədri bildirib ki, ölkədə yollar salınsa da, artan avtomobil sayı nəticəsində nəqliyyatın idarəteməsində ciddi problemlər yaratmaqdadır. “Təkcə 2023-cü ildə ölkəyə 96 avtomobil idxal olunub. Ölkədə isə 520 avtomobil yığılıb. Nəticədə son bir ildə avtomobil yollarına 100 mindən artıq avtomobil çıxarıb. Bu da hərəkətin idarəolunmasında müəyyən çağırışlar yaradır”, - o deyib.

Komitə sədri bildirib ki, nəqliyyatın idarəolunmasındakı problemlərin aradan qaldırılması, təkcə geniş yolların və ya əlavə yol infrastrukturlarının salınması ilə mümkün deyil. “Vəziyyətdən ən yaxşı çıxış yolu piyada hərəkətinə üstünlük verməklə tıxac problemini aradan qaldırmaq olar. Bundan əlavə olaraq, inzibati, iqtisadi metodlarla həll etmək olar”, - komitə sədri vurğulayıb.

Mürtəza
Ölkə.Az

Bənzər yazılar

0.05961799621582