Mahir Emreli barədə qərar verildi

 09-02-2024

Zaqreb “Dinamo”su Konfrans Liqasının pley-off mərhələsində “Betis”ə qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Xorvatiya təmsilçisinin siyahısında 32 futbolçunun adı yer alıb.

Onların arasında Azərbaycan millisinin hücumçusu Mahir Emreli də var. 27 yaşlı forvard hazırda zədəli olsa da, adı iştirak ərizəsində A siyahısına salınıb.

Qeyd edək ki, “Dinamo” və “Betis” komandaları arasında ilk oyun fevralın 15-də İspaniyada, cavab matçı isə bir həftə sonra Xorvatiyada keçiriləcək.

©Offsideplus

Bənzər yazılar

0.21529698371887