Dani Alveş məhkəmə qarşısına çıxacaq

 04-02-2024

İspaniyanın "Barselona" klubunun və Braziliya millisinin sabiq futbolçusu Dani Alveş fevralın 5-də məhkəmə qarşısına çıxacaq.

"Ölkə.az" xəbər verir ki, proses Bakı vaxtı saat 13:00-da başlanacaq.

Prokurorlar keçmiş cinah müdafiəçisi üçün 9 il həbs cəzası istəyirlər.

Bundan əlavə, Alveşin zərərçəkənə 150 min avro təzminat ödəyəcəyi gözlənilir.

Qeyd edək ki, o, 2023-cü il yanvarın 20-də gecə klubunda bir qadına təcavüz etməkdə ittiham olunaraq saxlanılıb.

Bənzər yazılar

0.19100308418274