Belinqemlə bağlı araşdırmalar başladı

 03-02-2024

La Liqa rəhbərliyi İspaniyanın “Real Madrid” klubunun futbolçusu Cud Belinqemlə bağlı araşdırmalara başlayıb.

Ölkə.Az xarici mətbuata istinadən xəbər verir ki, buna 21 yaşlı yarımmüdafiəçinin İspaniya çempionatının XX turunda “Xetafe” ilə oyunda rəqib komandanın hücumçusu Meyson Qrinvuda qarşı xoşagəlməz ifadələr işlətməsi səbəb olub.

Təhqirə məruz qalan ingiltərəli forvard matçdan sonra həmyerlisindən La Liqaya şikayət edib.

Görüntülər ortaya çıxdıqdan hadisənin araşdırılacağı və müvafiq tədbirlər görüləcəyi açıqlanıb.

Qeyd edək ki, qarşılaşma “Real Madrid”in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bənzər yazılar

0.22806692123413