“Turan Tovuz”un yeni transferi Şahin Diniyevdən “intiqam"ını necə aldı? – TƏFƏRRÜFAT

 02-02-2024

Bildiyiniz kimi, qış “transfer pəncərəsi”ndə Aleks de Souza “Turan Tovuz”a keçdi.

Offsideplus.az xəbər verir ki, “Santos”un yetirməsi əvvəlcə başqa Azərbaycan klubuna təklif olunub. Söhbət “Səbail”dən gedir. Lakin “dənizçilər”in baş məşqçisi Şahin Diniyev oyunçunu bəyənməyib. Daha sonra agenti braziliyalını “Turan Tovuz”a təklif edib. Ayxan Abbasovun forvardın potensialına inanaraq onu komandasına götürüb.

Nəzərinizə çatdıraq ki, Misli Premyer Liqasının XX turunda “Turan Tovuz” “Səbail”i 3:1 hesabı ilə məğlub edib. “Boz qurd”un 86-cı dəqiqədə vurduğu 3-cü qolun məhsuldar ötürməsini Aleks de Souza edib. Braziliyalı Luis Paçunun fərqlənməsinə köməklik göstərib.

“Səbail”in baş məşqçisi Şahin Diniyevin onu bəyənmədiyindən xəbərdar olan forvard qarşılaşmadan sonra qələbə sevincini xüsusi canfəşanlıqla yaşayıb. Bununla da braziliyalı azərbaycanlı mütəxəssisdən öz "intiqam"ını almış olub.

Bənzər yazılar

0.20624589920044