Ronaldo-Messi duelini gözləyənlər üçün ŞOK XƏBƏR

 31-01-2024

“Əl-Nasr”ın hücumçusu Kriştiano Ronaldo argentinalı hücumçu Lionel Messinin çıxış etdiyi Səudiyyə Ərəbistanı klubu ilə “İnter Mayami” arasında keçiriləcək yoldaşlıq oyununda iştirak etməyəcək.

Bu barədə “Goal” məlumat yayıb. Bİldirilir ki, Ronaldo əzələləri zədələndiyi üçün MLS klubu ilə oyunda meydana çıxmayacaq.

Bildirilir ki, 38 yaşlı futbolçunun sağlamlığını riskə atmamaq üçün onu oyuna buraxmayacaqlar.

Xatırladaq ki, komandalar arasında görüş fevralın 1-i cümə axşamı baş tutacaq.
Qeyd edək ki, məşhur futbolçu Ronaldo 2022-ci ilin sonunda "Əl-Nəsr"ə keçib. Bu mövsüm o, bütün turnirlərdə 25 oyunda iştirak edib, 24 qol vurub və 11 məhsuldar ötürmə edib.

Bənzər yazılar

0.66260981559753