Manatla bağlı qərar verildi

 31-01-2024

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 8%-dən 7,75%-ə endirilməsi barədə qərar qəbul edib.

“Ölkə.Az” bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, faiz dəhlizinin aşağı həddi 0,25 faiz bəndi azaldılaraq 6,5%-dən 6,25%-ə, yuxarı həddi isə 0,25 faiz bəndi azaldılaraq 9%-dən 8,75%-ə endirilib.

"Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf dəhlizində (4±2%) olması, inflyasiya gözləntilərinin stabilləşməsi, eləcə də valyuta bazarında vəziyyət nəzərə alınmaqla veriib", - deyə AMB bəyan edib.

Bənzər yazılar

0.16464114189148