Benzemanın yeni planı: Ronaldo ilə birləşir?

 30-01-2024

Kərim Benzema "Əl-İttihad"dakı vəziyyətindən bezib və klubdan istənilən gedişə hazırdır.

"Ölkə.az" xəbər verir ki, 36 yaşlı hücumçu artıq Səudiyyə Ərəbistanı liqasının başqa klubu ilə danışıqlar aparır. Çünki transfer pəncərəsi bağlanana qədər Avropaya getməyə vaxtı olmayacaq.

Şayiələrə görə, Benzema hazırda "Əl Nəsr"də çıxış edən keçmiş komanda yoldaşı Kriştiano Ronaldo ilə yenidən birləşmək üçün çalışır. Fransız forvard icarə əsasında bu kluba keçə bilər.

Xatırladaq ki, fransalı forvard "Əl-İttihad"ın heyətində bu mövsüm bütün turnirlərdə 20 oyun keçirib, 12 qol vurub və 5 məhsuldar ötürmə edib.(publika.az)

Bənzər yazılar

0.19944190979004