Azərbaycanda ən baha və ən ucuz kreditlərin verildiyi regionlar - SİYAHI

 29-01-2024

2024-cü il yanvar ayının 1-nə banklar tərəfindən Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 23 mlrd. 182.9 mln. manat təşkil edib ki, bunun da 76.5%-i və ya 17 mlrd. 736 mln. manatı Bakı şəhərinin payına düşüb.

“Ölkə.az” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu dövrdə banklar tərəfindən verilən ən ucuz kreditlər Bakı şəhərinin payına düşüb. Belə ki, Bakı şəhərinə verilən ümumi kreditlərin orta fazi dərəcəsi 11.09%, milli valyutada verilən kreditlərinin orta faiz dərəcəsi isə 12.96% təşkil edib.

    Hesabat dövründə ən bahalı kreditlər Dağlıq-Şirvan iqtisadi rayonuna (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı) verilib. Bu regiona banklar tərəfindən kredit qoyuluşu 160 milyon 180 min manat təşkil edib. Verilən ümumi kreditlərin orta faiz dərəcəsi 19.68%, milli valyutada verilən kreditlərin orta faiz dərəcəsi isə 19.70% olub
               
      İqtisadi rayonlar Ümumi kreditlər Min manat. Orta faiz dərəcəsi Milli Valyutada verilən kreditlər Milli valyutada orta faiz dərəcəsi
      Bakı 17,736,016 11.09% 13,542,611 12.96%
      Abşeron-Xızı 848,675 15.88% 812,448 16.34%
      Gəncə-Daşkəsən 707,165 16.71% 637,734 17.04%
      Lənkəran-Astara 545,720 19.03% 543,750 19.07%
      Mərkəzi- Aran 471,979 18.57% 468,714 18.65%
      Şəki-Zaqatala 449,952 16.36% 385,267 18.02%
      Qazax-Tovuz 437,732 18.38% 428,651 18.65%
      Quba-Xaçmaz 409,847 17% 387,135 17.62%
      Qarabağ 404,983 19.27% 403,622 19.31%
      Naxçıvan 384,300 13.59% 383,825 13.60%
      Şirvan-Salyan 376,807 18.71% 365,065 19.13%
      Mil-Muğan 249,606 18.91% 247,424 19.02%
      Dağlıq Şirvan 160,180 19.68% 159,883 19.70%

    Bənzər yazılar

    0.2125871181488