Baş direktor təhrif olunmuş məlumatlara görə cərimələnir

 26-01-2024

"Ağsu Aqropark" Qapali Səhmdar Cəmiyyətinə cərimə protokolu yazılıb. 

Valyuta.az-ın məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 548.2-ci (Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə görə) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokola Ağsu Rayon Məhkəməsində hakim Anar Əsgərovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunsa, QSC 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilə bilər.

 

Qeyd edək ki, “Ağsu Aqropark” QSC-nin baş direktoru Atababa İsayevdir. Onun Azərbaycanda rəhbərlik etdiyi bir neçə zavodları da mövcuddur.

Bənzər yazılar

0.15432906150818