Suraxanı rayonu, Hövsan qəsəbəsində sosial evlər tikiləcək.
“Ölkə.Az”ın məlumatına görə, çoxmənzilli yaşayış binalarının tikintisi işləri Hava limanı-Zığ şossesi 8-ci km, “10 H” ünvanında yerləşən 2,31 ha torpaq sahəsində aparılacaq.
Bununla əlaqədar Mənzil İnşaatı Dövlət Agentliyinə məxsus “MİDA” MMC şəhərsalma əsaslandırılması, tikinti layihəsinin hazırlanması və müəllif nəzarətinin aparılması ilə bağlı işlərə başlayıb.