Köhnə maşını olanların NƏZƏRİNƏ - Fevralın 1-dən ödəmələr...

 22-01-2024

Gələn aydan istismar müddəti bitən nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı tədbirlərə başlanılacaq.

BAKU.WS-in məlumatına görə, bununla bağlı fond yaradılacaq və ödəmələr həyata keçiriləcək. 

Sentyabr ayından isə köhnəlmiş nəqliyyat vasitələri özəl şirkətlərdən təşkil olunmuş utilzatorlara təhvil veriləcək. 

Qeyd edək ki, köhnə avtomobillərin utilizasiyası yalnız könüllülük prinsipi əsasında reallaşa bilər. Hər bir şəxs öz istəyi və razılığı əsasında avtomobilini utilizasiya prosesinə cəlb edəcək. Bu prosesə cəlb olunan vətəndaşları müəyyən stimullaşdırıcı tədbirlər də gözləyir. Bu məsələdə maddi dəstək ilk növbədə gələn amildir. 

Məlumat üçün bildirək ki, Nazirlər Kabineti nəqliyyat vasitəsinin utilizasiyası üçün ərizənin, nəqliyyat vasitəsinin təhvil alınması barədə aktın və utilizasiyaya verilmə barədə təsdiqedici sənədin formalarının təsdiq edilməsi haqqında qərar qəbul edib. Qərara əsasən, “Nəqliyyat vasitəsinin utilizasiyası üçün ərizənin forması”, “Nəqliyyat vasitəsinin təhvil alınması barədə aktın forması” və “Nəqliyyat vasitəsinin utilizasiyaya verilməsi barədə təsdiqedici sənədin forması” təsdiq olunub.

Nəqliyyat vasitəsinin utilizasiyası üçün ərizənin, nəqliyyat vasitəsinin təhvil alınması barədə aktın və utilizasiyaya verilmə barədə təsdiqedici sənədin formaları

 

Bənzər yazılar

0.2049081325531