Kür-Bakı su kəmərində yenidənqurma: 2 milyon ayrıldı

 13-01-2024

Kür-Bakı magistral su kəmərinin Bakı-Ələt avtomobil yolunun 19-cu kilometrindəki (diametri 1400 mm, uzunluğu 800 m) hissəsi yenidən qurulacaq.

“Ölkə.Az” xəbər verir ki, yenidənqurma işlərini “Providense Doyç” MMC həyata keçirəcək.

Layihə ilə bağlı “Azərsu” ASC şirkətə 1 949,076 min manat ödəniş edəcək.

Könül
Ölkə.Az

 

Bənzər yazılar

0.2020480632782