“Dinamo” Mahir Emreliyə komanda axtarır

 01-01-2024

Xorvatiyanın “Dinamo” klubu Azərbaycan millisinin futbolçusu Mahir Emreliyə komanda axtarır.

"Ölkə.Az" Report-a istinadən xəbər verir ki, Zaqreb təmsilçisi 26 yaşlı hücumçunun çıxışından məmnun deyil.

Baş məşqçi Sergey Yakiroviç bir neçə futbolçunun onun oyun fəlsəfəsinə uyğun olmadığını düşünür ki, onların bəzilərinin qış, bəzilərinin isə yay fasiləsində yola salınmasının tərəfdarıdır. Bosniya və herseqovinalı mütəxəssisin “qara siyahı”sında yer alan futbolçulardan biri də Mahir Emrelidir.

Qeyd edək ki, Mahir Emrelinin “Dinamo” ilə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.

Bənzər yazılar

0.17223405838013