ABŞ-də yaşayan azərbaycanlılara müraciət edildi 

 23-12-2023

Azərbaycanın ABŞ-dəki səfirliyi bu ölkədə yaşayan soydaşlarımıza müraciət ünvanlayıb.

Səfirliyin “X” sosial şəbəkəsindən ünvanladığı müraciət ABŞ-də yaşayan azərbaycanlıların növbədənkənar prezident seçkisində iştirakı ilə əlaqəlidir.

Səfirlik qeyd edib ki, növbədənkənar prezident seçkisi ilə əlaqədar Azərbaycanın ABŞ-dəki səfirliyində seçki məntəqəsi yaradılacaq.

Diplomatik korpus müraciət edib ki, ABŞ-də yaşayan seçki hüququna malik azərbaycanlılar özləri haqqında məlumatları 2023-cü ilin 29 dekabrınadək səfirliyə təqdim edə bilərlər.

Qeyd edək ki, 2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək.

Bənzər yazılar

0.19555807113647