Milli Məclis Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib

 22-12-2023

Milli Məclis Prezident İlham Əliyevə doğum günü münasibəti ilə təbrik məktubu ünvanlayıb.

“Report”un xəbərinə görə, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü iclasında bildirib.

O qeyd edib ki, məhz Prezident İlham Əliyevin idarəçilik bacarığı, əzmi sayəsində Azərbaycan dünyada sayılıb-seçilən dövlətə çevrilib:

“İlham Əliyev hər zaman xalq və Vətən yolunda gördüyü xidmətlərlə adını tarixə yazdıra bilib. Azərbaycan bu gün Qarabağda öz miqyasına görə heyrətamiz bərpa-quruculuq işini davam etdirir. Söz sahibi dövlət olmaqdan qürur duyuruq”.

 

Bənzər yazılar

0.17470383644104