Azərbaycanın Türkiyədəki səfirliyi seçkilərlə bağlı vətəndaşlara müraciət edib

 21-12-2023

Azərbaycanın Türkiyədəki səfirliyi prezident seçkiləri ilə əlaqədar vətəndaşlara müraciət edib.

Bu barədə səfirliyin “X” hesabında yazılıb.

Qeyd olunub ki, 18 yaşını tamamlamış, aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları fevralın 7-də Azərbaycanda keçiriləcək prezident seçkilərində səsvermə hüququndan istifadə üçün lazımi məlumatları səfirliyə təqdim etməlidirlər.

Onlar soyad, ad, ata adını, doğum tarixlərini, Türkiyədə daimi və ya müvəqqəti yaşadıqları ünvanları və əlaqə məlumatlarını “[email protected]” elektron poçt ünvanına göndərməlidirlər.

 

 

Bənzər yazılar

0.17005395889282