Xankəndidə yeni seçki məntəqəsi yaradılacaq

 16-12-2023

Xankəndidə yeni seçki məntəqəsi yaradılacaq.

“Report”un xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında məlumat verib.

Onun sözlərinə görə, Xocalı, Əsgəran və Ağdərədə də seçki məntəqələri yaradılacaq: "Hamımız həmin ərazilərdə səs verəcək seçicilərə həsəd aparacağıq".

Növbədənkənar prezident seçkilərində Xankəndidə seçicilər keçmiş vilayət Partiya Komitəsinin inzibati binasında yerləşəcək seçki məntəqəsində səs verəcəklər.

Mərkəzi Seçki Komissiyası sədri Məzahir Pənahov onu da bildirib ki, Xankəndidə məhz həmin binada Azərbaycan seçicisi səs verəcək.

 

Bənzər yazılar

0.18715214729309