YAP-ın prezidentliyə namizədinin səlahiyyətli nümayəndələri - ADLAR

 15-12-2023

Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar prezident seçkisində namizədinin səlahiyyətli nümayəndələrinin adları açıqlanıb.

Bu barədə qərar YAP İdarə Heyətinin bu gün keçirilən iclasında qəbul edilib.

Qərarla YAP sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və YAP sədrinin müavini Əli Əhmədov partiyanın növbədənkənar prezident seçkisindəki namizədinin səlahiyyətli nümayəndələri təyin ediliblər.

Mərkəzi Aparatın rəhbərinin müavini Əhliman Tağıyev isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin olunub.

Qeyd edək ki, YAP İdarə Heyətinin qərarına əsasən, partiyanın növbədənkənar prezident seçkisindəki namizədi Prezident İlham Əliyevdir.

Bənzər yazılar

0.19123697280884