Burak Yılmaz ÇL-in tarixinə düşdü

 17-03-2022

"Lill"in futbolçusu Burak Yılmaz Çempionlar Liqasının tarixinə düşüb.

Qol.az "Opta"ya istinadən xəbər verir ki, Türkiyə millisinin üzvü ÇL-in 1/8 finalında "Çelsi"yə qarşı matçda qol vuraraq buna nail olub. Sözügedən görüşdə o,  penaltidən hesabı açsa da, "Lill" 2 qol buraxaraq turnirlə vidalaşıb. Ancaq Burak (36 yaş 244 gün) ÇL-in pley-offunda qol vuran ən yaşlı üçüncü oyunçu olub. 

Qeyd edək ki, bu göstəricidə ilk pillədə Rayan Qiqqz (37 yaş 148 gün), 2-ci pillədə Paolo Maldinidir (36 yaş 333 gün).

Bənzər yazılar

0.34565711021423