“Damla Mebel” MMC-nin sahibinə cərimə protokolu yazılıb.
Valyuta.az-ın məlumatına görə, MMC-nin qanuni təmsilçisi Cavadov Rəşadət Ədalət oğluna İnzibati Xətalar Məcəlləsinin 192.4-cü (Əmək qanunvericiliyinin pozulması, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən tərtib edilən protol qərarından iş adamı məhkəməyə şikayət edib.
İşə Yasamal Rayon Məhkəməsinin hakimi Rauf Daşdəmirovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, bu xətaya görə vəzifəli şəxslər 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilirlər.