Azərbaycanda hazırda vəzifədə işləyən qadınların sayı açıqlanıb

 20-11-2023

Azərbaycanda hazırda vəzifədə işləyən qadınların sayı məlum olub.

“Report” xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimova Qoşulmama Hərəkatının Qadın Hüquqlarının İnkişafı və Qadınların Səlahiyyətləndirilməsi üzrə Konfransı çərçivəsində Uqanda Respublikasının Qeyri-hökumət təşkilatları ilə birlikdə “Qadınların hüquqları və səlahiyyətləndirilməsi” mövzusunda keçirilən tədbirdə bildirib.

O qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti qadındır:

“Bundan əlavə, səkkiz nazir müavini, iki komitə sədri, bir icra başçısı, 68 icra başçısının müavini də qadındır. Son illər ölkədə qadın hakimlərin sayı da artıb. Bələdiyyələr səviyyəsində 38 faiz qadınların bələdiyyə üzvüdür. Bu gün Qoşulmama Hərəkatına üzv olan ölkələrdə qız uşaqlarının erkən yaşda ərə verilməsi, onların dövlət idarəçiliyində məhdud təmsilçiliyi, iqtisadi imkanlarının aşağı olması və s. kimi problemlər var”.

Onun sözlərinə görə, bu gün Azərbaycanda 161 təşkilat var və onlar birbaşa qadınlarla bağlı məsələlərlə məşğul olurlar:

“Bu gün Qoşulmama Hərəkatına üzv olan ölkələrdə qız uşaqlarının erkən yaşda ərə verilməsi, onların dövlət idarəçiliyində məhdud təmsilçiliyi, iqtisadi imkanlarının aşağı olması və s. kimi problemlər var. Bu gün Azərbaycanda gender bərabərliyi istiqamətində tam qanunvericilik formalaşıb. Bu, heç də asan olmayıb, hərəkat olaraq inkişaf edib və dövlətin də diqqəti nəticəsində qanunvericilik bazası formalaşıb. Artıq bu il milli fəaliyyət planına yekun vuracağıq, gələcəkdə yeni bir fəaliyyət planının qəbul edilməsi müzakirə olunacaq, çünki bütün problemlər tam həll olunmayıb. Hələ də bizim selektiv abort kimi problemimiz var”.

Dominikan Qadın İşləri Nazirliyinin bölmələrarası əlaqələndirmə üzrə müavini Melesia Mireya Almonte Taveras isə deyib ki, qadınların əmək bazarında iştirak hüquqları daha da genişləndirilməlidir.

Onun sözlərinə görə, Dominikanda 2022-ci ildən bəri 782 qadın onlar üçün təşkil edilən proqramlardan bəhrələnib:

“Dominikan Qadın İşləri Nazirliyi qadınların hüquqları istiqamətində boşluqları görür. Bu gün dünya ölkələri qadın-kişi bərabərsizliyində boşluqları aradan qaldırmaq üçün çalışırlar. Son 50 ildə Dominikanda qadının proseslərdə iştirak dərəcəsi artıb. Ancaq ümumilikdə Dominikanda gender boşluğu üzrə problemlər var. Əsas qərarvermə hüququna sahib olma üzrə 74 faizi kişilər təşkil edir. Qadınların əmək bazarında kişilərlə birlikdə iştirak etmək üçün hüquqları daha da genişləndirilməlidir. Beynəlxalq müqavilələr və öhdəliklər bərabərsizliyin həll edilməsi baxımından önəmlidir”.

 

 

Bənzər yazılar

0.18595194816589