Ruslar çörək növbəsi gözləyənləri güllələdi, 10 nəfər öldü - VİDEO

 16-03-2022
Ukraynanın Çerniqov vilayətində yataqxanalardan birində rus hərbçiləri çörək növbəsində dayanan insanları atəşə tutub.
 
MillətinSəsi.info xəbər verir ki, bu barədə “Suspilne”nin hadisə yerindəki müxbiri məlumat yayıb.
 
Onun sözlərinə görə, atışma martın 16-da səhər saat 10 radələrində baş verib. Atışma nəticəsində azı 10 mülki şəxs həlak olub.
 
Qeyd olunur ki, Rusiyanın Çerniqov vilayətinə işğalı başlayandan bəri prokurorluq müharibə cinayəti kimi qiymətləndirilə bilən ən azı 200 cinayət işi qaldırıb.

 

Bənzər yazılar

0.84348797798157