İran və Rusiya qarşılıqlı ticarətdə dolların istifadəsindən imtina etməyi PLANLAŞDIRIR

 10-07-2022

İran və Rusiya qarşılıqlı ticarətdə dollar və avro ilə hesablaşmalardan imtina etməyi planlaşdırır.

Bu barədə Rusiyada səfərdə olan İran Mərkəzi Bankının rəhbəri Əli Salehabadi jurnalistlərin suallarına cavab verərkən bildirib.

Onun sözlərinə görə, Tehran və Moskva tezliklə ticarət əməliyyatlarında milli valyutada hesablaşmalara keçəcəklər.

A.Salehabadi əmin olduğunu bildirib ki, həm İran, həm də Rusiya sazişlərin müsbət nəticələrini hiss edəcəklər.

Mənbə: Anadolu

Bənzər yazılar

0.2860050201416