"Bakı Otis Lift" Qapalı Səhmdar Cəmiyyəti vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan (Məcburi auditdən yayınma) inzibati xəta protokolu tərtib olunub.
Valyuta.az-ın məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilir.
İş Nəsimi Rayon Məhkəməsində Babək Pənahovun icraatındadır.
Qanunu təmsilçisi Xəlilov Emil Vaqif oğlu olan "Bakı OTİS Lift” QSC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə bu ilin əvvəlində 78 min 315 manat 97 qəpik borcu yaranmışdı.