Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah: “Ağır döyüşlərdən sonra ukraynalı hərbçilər Lisiçanskı tərk edib”

 03-07-2022

Ukrayna hərbçiləri ağır döyüşlərdən sonra Lisiçansk şəhərindəki mövqelərini tərk etməli olub.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, Rusiya qüvvələri artilleriya, aviasiya, çoxsaylı raket sistemləri və döyüş sursatları ilə Ukrayna hərbçilərinin mövqelərini atəşə tutublar:

“Ukraynalı müdafiəçilərin həyatını xilas etmək məqsədilə geri çəkilmək qərarı verilib”.

Mənbə: UNİAN

Bənzər yazılar

0.91708207130432