Bizi növbəti ZƏFƏRLƏRƏ doğru aparan MİLLİ RUHUMUZ!

 15-03-2022

Sahibkar Emil Səməndərov

Milli bayramımız nəinki Azərbaycanda, o cümlədən qəlbi vətən məhəbbəti ilə döyünən soydaşlarımız tərəfindən ölkəmizin hüdudlarından kənarda da qeyd edilir

Odlar yurdu, qəhrəmanlar diyarı Azərbaycanımıza ilin ən gözəl fəsli olan bahar gəlir, Novruz gəlir. Novruz bayramı uzaq keçmişlərdən mənəvi dünyamızın ən dərin qatlarınadək nüfuz etmiş, müqəddəs dəyərlərimizin təşəkkülünə töhfələr vermiş və milli düşüncə tərzimizin ayrılmaz tərkib hissəsi olmuşdur.

Novruz sərhəd tanımayan, türkün bütün əzəli torpaqlarında məskunlaşmış, eyni soykökünə mənsub insanları sarsılmaz birliyə, dostluq və həmrəyliyə, bolluq və firavanlıq uğrunda birgə mübarizəyə səfərbər edən, onların milli-etnoqrafik dəyərlərini tarix boyu bütün incəliklərinə qədər qoruya-qoruya çağdaş dünyamızın qloballaşma meydanınadək gətirib çıxaran bəşəri bir bayramdır.

Hər il Ulu Öndər Heydər Əliyevin qayğısı və diqqəti ilə Azərbaycanda Novruz bayramı geniş xalq şənlikləri ilə keçirilib

2010-cu ildə BMT-nin qərarı ilə martın 20-si Beynəlxlaq Novruz Günü elan olunub. Təbii ki, bu böyük bir coğrafiyada yaşayan 220 milyondan çox insanın milli mənəvi yaddaşına dünyanın ən mötəbər təşkilatı səviyyəsində verilən qiymətin bariz nümunəsi, özündə saflığı, paklığı, ali insani dəyərləri təcəssüm etdirən, həyatın yenidən canlanmasının müjdəçisi olan Novruzun müqəddəsliyinə olan inamın təntənəsidir. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümüdür. Novruz həm də sülh, əmin-amanlıq və dostluq bayramıdır.

Hər il Ulu Öndər Heydər Əliyevin qayğısı və diqqəti ilə Azərbaycanda Novruz bayramı geniş xalq şənlikləri ilə keçirilib. Müstəqillik əldə etdikdən sonra milli bayramımız nəinki Azərbaycanda, o cümlədən qəlbi vətən məhəbbəti ilə döyünən soydaşlarımız tərəfindən ölkəmizin hüdudlarından kənarda da qeyd edilir.

Azərbaycanı dünyanın çiçəklənən, tərəqqi edən dövlətlərindən birinə çevirmək arzusu ilə yaşayan Heydər Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbriklərdə ölkədə gedən bütün ictimai-siyasi prosesləri təhlil edir, böyük quruculuq işlərini, xalqın həyat səviyyəsinin yüksəlişini önə çəkirdi: “Novruz şənlikləri sübut edir ki, ölkəmizdə daxili ictimai-siyasi sabitlik bərqərar olubdur. İnsanlar ağır əziyyətlərdən, daxili toqquşmalardan, ədavətdən, ziddiyyətlərdən xilas olub rahat yaşayır, gələcəyə inamla baxırlar... Deməli, bu bayram əmin-amanlığın, ictimai-siyasi sabitliyin rəmzidir. Bu bayram ölkədə gedən hüquqi, dünyəvi, sivil dövlət quruculuğunun rəmzidir. Bu bayram çağdaş məmləkətimizdə insan hüquqlarına olan yüksək hörmət və qayğının rəmzidir. Novruz onu göstərir ki, Azərbaycanda dövlət müstəqilliyi dönməz amilə çevrilib”.

Qarabağ Zəfəri ilə qeyd edilən bayram!

Artıq bu gün Azərbaycanı yeni zirvələrə doğru inamla aparan Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənabları yüksək mənəvi dəyərlərimizi, adət və ənənələrimizi yaşadan bu ümumxalq bayramını həmişə yüksək qiymətləndirib.Və bu bayramımız artıq ikinci ildir ki, Qarabağ Zəfəri ilə qeyd olunur. Xalqımızı Novruz bayramı münasibətilə təbrik edən dövlətimizin başçısı hər birimizə, azərbaycançılıq məfkurəsi işığında dünyanın bütün guşələrində yaşayan soydaşlarımıza həmrəyliyimizin rəmzi olan bu el bayramı münasibətilə bol sevinc, ruzi-bərəkət, firavanlıq arzu edərək, varlığımızdakı tükənməz yenilikçilik ruhu sayəsində ümummilli mənafelər naminə bütün sınaqlardan bundan sonra da alnıaçıq çıxacaq və taleyüklü məsələlərin layiqincə həllinə nail olacağımızını vurğulayır.

Son 18 ildə ölkəmizdə güclü sənaye potensialının yaradılması istiqamətində irimiqyaslı layihələr həyata keçirilib. Bu gün qətiyyətlə demək olar ki, respublikamızın iqtisadiyyatı əsasən qeyri-neft sektoru hesabına inkişaf edir.

Bütün bu uğurlar isə eyni zamanda xalq-iqtidar vəhdəti vsayəsində əldə olunur

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı layihələrin, Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində bu istiqamətdə ciddi uğurlar əldə edilib. Regionların sosilal-iqtisadi inkişafı, xüsusilə, işğaldan azad edilmiş Qarabağda, Şərqi Zəngəzur iqtisadi regionlarında nəəhəng inşaat işləri həyata keçirilir, müasir tələblərə cavab verən infrastrukturlar yaradılır, yeni iş yerləri açılır, qeyri-neft sektorunun inkişafı istiqamətində uğirlu layihələr həyata keçirilir. Beləliklə, həyata keçirilən tədbirlər sayəsində bütün sahələrdə hərtərəfli və dinamik inkişaf təmin edilib, respublikamızın iqtisadiyyatının qısa, orta və uzunmüddətli inkişaf hədəflərinin müəyyənləşdirildiyi, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri sənədində bu sahəyə xüsusi diqqət yetirilib və çoxsaylı tədbirlər müəyyən edilib.

Bütün bu uğurlar isə eyni zamanda xalq-iqtidar vəhdəti vsayəsində əldə olunur. O cümlədən, daxili siyasətlə bağlı görülən işlər, aparılan islahatlar öz uğurlu nəticələrini verməkdədir. Belə ki, dünyada gedən proseslər bir daha onu göstərir ki, ancaq sabit olan ölkələr uğurla inkişaf edə bilər. Ancaq sabit olan ölkələrə xarici sərmayə qoyulur, insanlar rahat, təhlükəsizlik şəraitində yaşayırlar.

Azərbaycan inamla gələcəyə doğru addımlayır və ölkəmizi qarşıda daha böyük qələbələr, zəfərlər gözləyir. Bu qələbələr isə bilavasitə xalqımızın daha firavan həyat sürmələri üçün böyük imkanlar açmaqdadır. Torpaq çərşənbəsində isə arzum budur ki, Azərbaycan hər zamankı kimi güclü olsun və xalq-iqtidar birliyi dövlətçiliyimizi daha da möhkəmnlədirsin, milli həmrəyliyimiz bu gün olduğu kimi daim bütün dünyaya nümunə kimi tərənnüm edilsin. Bayramınız mübarək!

Bənzər yazılar

0.14319181442261