21 ildən sonra çempion olan komandanın oyunçuları kuboku iki dəfə YERƏ SALDILAR - FOTO/VİDEO

 03-07-2022

2022-ci il Stenli Kubokunun qalibi olan “Colorado Avalanche” komandasının oyunçuları ikinci dəfə Milli Xokkey Liqasının (NHL) kubokunu yerə salıb. Hadisə turnirdə qələbəyə həsr olunmuş tədbirdə baş verib. Bu dəfə kubok müdafiəçi Kertis Makdermidin əlindən düşüb.

Bununla bağlı yayılan kadrlardan görünür ki, xokkeyçi kuboku başının üstündə qaldırsa da, tuta bilmir və kubokla birlikdə yerə yıxılır.

Bundan əvvəl finlandiyalı hücumçu Mikko Rantanen finalın 6-cı oyununda “Tampa” üzərində qələbə qazandıqdan sonra Stenli Kubokunu qaldırarkən əlindən salmışdı. Buza dəyən kubokun aşağı hissəsi əyilmişdi.

Qeyd edək ki, “Colorado” iyunun 27-nə keçən gecə “Tampa”nı məğlub edib (2:1) və 21 ildə ilk dəfə NHL pley-off mərhələsinin final seriyasını 4-2 hesabı ilə qazanıb.

 

Mənbə: RBK

Bənzər yazılar

0.20726704597473