AZAL-ın İstanbul-Bakı marşrutu üzrə hərəkət etməli olan təyyarəsində hələ də texniki problem davam edir.
MillətinSəsi.info xəbər verir ki, bu barədə jurnalist Aygün Muradxanlı feysbuk səhifəsində yazıb:
“AZAL-ın 12.20-də İstanbul-Bakı marşrutu üzrə hərəkət etməli olan uçağında texniki problem yarandığı üçün uçuş 7 saatdır gecikir. 10 saata yaxındır sərnişinlər İstanbul Hava Limanındadırlar. Tranzit uçanlar daha çox. Hamı əldən düşüb. AZAL deyir, düzəlməsə, Bakıdan yeni uçaq göndəriləcək. 7 saat düzəlməmək üçün bəs deyil?”
Bu barədə AZAL-ın yaydığı məlumatda bildirilir ki, "Azərbaycan Hava Yolları" aviaşirkətinin İstanbul-Bakı (J2-076) marşrutu üzrə həyata keçirilən reysinin uçuş saatı texniki səbəbdən (kondisioner sistemi ilə yaşanan problem) gecikir.
Məlumata görə, gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq lazımi əşyalarla təmin olunacaqlar.