Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

 03-10-2023

Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən Aydın Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Aydın Məmmədov 12 il müddətinə azadlıqdan məhrum olunub.

Qeyd edək ki, hadisə bu ilin fevralında paytaxtın Xəzər rayonunda qeydə alınıb.

Belə ki, ittiham aktına görə, Binə qəsəbəsində 1967-ci il təvəllüdlü A.Məmmədovun həyat yoldaşı 1968-ci il təvəllüdlü Pakizə Məmmədovanı yaşadığı ünvanda münaqişə zəminində kəsici alətlə öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşları tərəfindən A.Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Bənzər yazılar

0.28255820274353