Xırdalan qəsəbəsi, 28-ci məhəllənin sakini, 1 saylı köhnə doqquzmərtəbəli binada yaşayan Mehran Əmirli Turan İA.az-a məktub göndərərək sakinlərə liftdən istifadə hüququ verən “ağıllı” elektrik sayğacının quraşdırılmasının qanuniliyinin araşdırılmasını xahiş edib.
Bina dövlətə məxsusdur və dövlət tərəfindən idarə olunur (MİS), hər liftə sayğacı “Azərışıq” Açıq Səhmdar Cəmiyyəti quraşdırıb. Ya Mənzil-İstismar Sahəsi ona ödəniş yükləmədiyinə görə, ya da digər səbəbdən sakinlər hər ay 10 manat yığırlar ki, elektrik enerjisi liftin mühərrikinə daxil olsun.
Normativlərə əsasən, ümumi istifadədə olan yerlərdə elektrik enerjisindən istifadəyə görə (binaların bloklarının daxilində və xaricində, həyətlərdə, liftdə elektrik işıqlandırması) İcra Hakimiyyətinin yerli strukturu Mənzil-İstismar Sahəsi ödəniş edir və bunun üçün büdcə vəsaiti alır.
M.Əmirli yazır ki, belə çıxır ki, Mənzil-İstismar Sahəsi və ya İcra Hakimiyyəti sakinləri ödəməyə məcbur edərək, dövlət pullarından təyinatı üzrə istifadə etmir. Bu, azmış kimi, 10 manat yükləndikdən dərhal sonra bu məbləğin yarısı avtomatik olaraq həmin liftin abonentinin, yəni MİS-in borcunun ödənilməsinə gedir. Ancaq heç kim bu borsun nə qədər olduğunu və nə zaman ödəniləcəyini bilmir.
“Ağıllı” sayğac ağıllı xüsusiyyətlərdən uzaqdır. Liftdən istifadə zamanı ona yüklənmiş 10 manat bitərsə, lift sərnişinlə birlikdə dayanacaq. Elektrikdən məhrum olan qapılar açılmayacaq. Sakinlər yeni məbləği yükləməyincə, liftdə qalan bayıra çıxa bilməyəcək.
M.Əmirli Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş elektrik enerjisindən istifadə qaydalarının bəndini xatırladır. Bu bəndə əsasən abonentin enerjidən məhrum edilməsi yalnız bu hərəkətin aktlaşdırılmasından sonra mümkündür.
O, qonşularla söhbət edib, məlum olub ki, liftlərə xüsusi nəzarət yalnız onların binasında quraşdırılıb. Digər evlərin sakinləri də eşidiblər ki, belə bir yenilik onlarda da tətbiq olunacaq. M. Əmirli Xırdalandakı unikal vəziyyətdən çıxmağa yardımçı olmağı xahiş edir.
Bu liftlərə xidmət göstərən MİS əməkdaşına zəng edən Turan-a məlum olub ki, həqiqətən də fevral ayında sayğacları “Azərişıq” şirkəti quraşdırıb. Çünki bu binanın hər blokunun ASC-yə 941 manat borcu var. Bina səkkiz blokludur. Məbləğ yüklənəndə onun yarısı bu borcun ödənilməsinə gedir.
Tofik adlı işçi bu borcun necə yarandığı, digər binaların liftlərində niyə bu sayğacların quraşdırılmadığı, sayğaclar bu barədə məlumat göstərmirsə, sakinlərin vəsaitin ödənilməsinə necə nəzarət edəcəyi haqda bilmir.
Tofiq əlavə edib ki, digər binaların liftlərində sayğacların quraşdırılması təcrübəsinin yayılması məsələsinə baxılır. Əgər təcrübə effektiv olmasa, belə praktika dayandırıla bilər.
Beş gün ərzində Turan İA əməkdaşı “Azərişıq”ın mətbuat xidməti ilə danışıqlar aparıb. Qurumun əməkdaşları vətəndaşın məktubunu bizdən alıblar və söz veriblər ki, onu öyrənib Xırdalan şəhəri, 28-ci məhəllə, 1 saylı evdə vəziyyətlə bağlı ətraflı izahat göndərəcəklər. Lakin “Azərişıq”ın hərəkətlərinin qanuniliyi və hər şeyə görə ödənişin vacibliyindən başqa ASC-dən heç nə öyrənə bilmədik.
Məsələnin tarixçəsinə nəzər salarkən öyrəndik ki, liftlər üçün ağıllı sayğaclar ilk dəfə 2016-cı ildə Gəncədə quraşdırılıb. Çoxmərtəbəli binaların sakinlərindən liftlərin enerji təchizatı üçün ödəniş tələb ediblər. O zaman “Azərişıq” ASC-də bildiriblər ki, elektrik enerjisi itkisinin aradan qaldırılması və elektrik enerjisindən istifadənin dəqiq uçotunun aparılması üçün sayğacların quraşdırılması vacibdir.
Ödəniş edən abunəçinin müəyyən olunması isə “müvafiq strukturlarla istifadəçilər” arasında razılaşma əsasında həll olunmalıdır, – “Azərişıq” deyiblər.
Xırdalandakı evin sakinləri istifadəçinin müəyyən edilməsilə bağlı müzakirəyə cəlb edilməyiblər.
Məlumatda o da qeyd olunur ki, liftin elektrik təchizatı üçün aylıq 10 manatdan əlavə, bu blokun sakinləri lift təsərrüfatına texniki xidmətə görə pul ödəyirlər.
“Azərişıq” ASC-nin korporativ saytında liftlərə sayğacın quraşdırılması barədə heç nə deyilmir. Amma “ağıllı sayğaclar”in qurğuya yüklənmiş vəsaitlərin xərclənməsinə abunəçilərin özlərinin nəzarət etmək imkanının olması kimi xüsusiyyəti barədə qeyd var. Xırdalanda sakinlər borcun məbləğini, mənşəyini, qanuniliyini və xərclənməsini bilmirlər, bu məlumatlar sayğacların ekranlarında işıqlandırılmadığından onlardan gizlədilir.
“Azərışıq” ASC-nin mətbuat xidməti M. Əmirlinin sorğusu ilə bağlı Turan-a və sakinlərə məlumat vermək istəmir. Bu vəziyyət müəllifin versiyasının üzərində dayanmağa əsas verir: MİS və ya İcra Hakimiyyəti sakinləri ödəməyə məcbur edərək, dövlət pullarını təyinatı üzrə xərcləmir.
Qeyd edək ki bir müddət öncə də, Gəncədə də çoxmərtəbəli binalardakı liftlərə sayğaclar qoyulmuşdu. Elektrik enerjisi haqqının kim tərəfindən hansı qaydada ödənilməsinin hələ ki, aydınlaşmaması isə sakinlərdə bəzi sualların yaranmasına səbəb olur.
Ağıllı elektrik sayğaclarının balansında məbləğ olmasa liftlər işləmir. Artıq liftlərə də sayğac qoyuldu. İstifadə etdiyin xidmətin qarşılığını özün ödüyürsən. Prosses Gəncədən start verilib. Şəhərdəki çoxmərtəbəli binalarda liftlərə elektrik sayğacları quraşdırılır.
Azərişıq-dan bildirirlər ki, liflərin istifadəsinə görə sərf olunan elektrik enerjisinin haqqı ödənməlidir. Sayğacların quraşdırılması itkinin qarşısının alınması və dəqiq məbləğin hesablanması baxımından mühümdür. Enerji haqqının kimin tərəfindən ödənilməsi isə müvafiq qurumlar və istifadəçilər arasında müəyyənləlşdirilməlidir.
İndiyə qədər belə bir ödənişin olmadığını əsas gətirən sakinlət isə bunu birmənalı qarşılamır. Gəncə Mənzil Komunal Təssərrüfat Birliyinin Lift şöbəsinin müdiri Bəybala Şamilov deyir ki, liftlərin elektrik xətlərinə sayğac qoyulmasında əsas məqsəd israfçılıq hallarının və enerji itkisinin qarşısını almaqdır.
Amma bununla belə smart tipli sayğaca müəyyən məbləğ yüklənməlidir ki lift işləsin. orta hesabla aylıq 10 manat məbləğ balans müəyyənləşsə ödənişlə bağplı mübahisələr qalmaqdadır. Sakinləri isə karta ödəniş limitinin qoyulmasının tərəfdarı deyil .
Sayğaclara görə enerji haqqının kim tərəfindən hansı qaydada ödənilməsi məsələsi ilə bağlı yekun qərar isə hələ ki verilməyib.
Qeyd edək ki, vətəndaşlar elektrik enerjisi xaricində ayrıca lift pulu ödəyirlər ki, bu liftə texniki qulluğa görə müvafiq qurum tərəfindən yığılır.