Tahir Süleymanov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

 23-09-2023

Azərbaycanın ictimai-siyasi həyatında xidmətlərinə görə Tahir Süleyman oğlu Süleymanov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, T. Süleymanov 1948-ci il sentyabrın 24-də Dəvəçi rayonunun Sumaqova-Qazma kəndində anadan olub. Sabah onun 75 yaşı tamam olur. Əvvəllər Milli Məclisin deputatı olub.

 

Bənzər yazılar

0.28841114044189